Lion Universitetində partlayış baş verib - VİDEO

Lion Universitetində partlayış baş verib - VİDEO Bakı. 17 yanvar. REPORT.AZ/ Fransanın şərqindəki Villerban şəhərində Lion Texniki Universitetinin kampus binasında partlayış baş verib.
Digər ölkələr
17 Yanvar , 2019 13:55
Lion Universitetində partlayış baş verib - VİDEO

Bakı. 17 yanvar. REPORT.AZ/ Fransanın şərqindəki Villerban şəhərində Lion Texniki Universitetinin kampus binasında partlayış baş verib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, elmi kitabxananın yerləşdiyi binanın təmir olunan dam örtüyündə qaz ballonunda baş verdiyi bildirilən partlayışdan sonra binanın yuxarı hissəsində güclü yanğın başlayıb. Daha sonra da bir neçə partlayış səsi gəlib. 

İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Hadisə yerinə polis və yanğınsöndürənlər cəlb olunub. Ətrafdakı sakinlər təxliyyə olunublar.

Son xəbərlər

Orphus sistemi