"Lion" - MOİK matçı öncəsi baş vermiş kütləvi dava nəticəsində 8 polis yaralanıb

"Lion" - MOİK matçı öncəsi baş vermiş kütləvi dava nəticəsində 8 polis yaralanıb Bakı. 16 mart. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının Lion və MOİK arasında keçirilən 1/8 final matçı öncəsi kütləvi dava baş verib.
Digər ölkələr
16 Mart , 2018 06:58
Lion - MOİK matçı öncəsi baş vermiş kütləvi dava nəticəsində 8 polis yaralanıb

Bakı. 16 mart. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının "Lion" və MOİK arasında keçirilən 1/8 final matçı öncəsi kütləvi dava baş verib.

“Report” xəbər verir ki, ilkin məlumatlara görə, 8 polis xəsarət alıb.

İğtişaşlar "Stad de Lümyer" stadionu ərazisinə girişdə baş verib. Şahidlərin iddiasına görə, MOİK və "Lion" fanatları dava salmaq istəyiblər, lakin polislər gözyaşardıcı qaz tətbiq edərək buna mane olublar.

Digər fərziyyəyə görə, ordu klubunun azarkeşləri qarşıdurmada iştirak etməyiblər, dava yerli fanatlarla asayiş keşikçiləri arasında baş verib.

Son xəbərlər

Orphus sistemi