Türkiyə və Fələstin liderləri arasında telefon danışığı olub

Türkiyə və Fələstin liderləri arasında telefon danışığı olub Bakı. 23 dekabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Fələstin lideri Mahmud Abbas arasında telefon danışığı olub.
Digər ölkələr
23 Dekabr , 2018 05:58
Türkiyə və Fələstin liderləri arasında telefon danışığı olub

Bakı. 23 dekabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Fələstin lideri Mahmud Abbas arasında telefon danışığı olub.

"Report"un məlumatına görə, bu barədə RİA "Novosti" xəbər verib.

Xəbərdə bildirilir ki, liderlər müxtəlif ölkələrin səfirliklərini Qüdsə yerləşdirmələri barədə fikir mübadiləsi aparıblar. Məlumata görə, Ərdoğan və Abbas xüsusən Fələstin məsələsinin həllinə maneçilik olacaq səhv addımların qarşısını almağı razılaşdırıblar.

Daha əvvəl BMT Baş Assambleyası Fələstini dəstəkləyən və İsrail işğalını pisləyən beş qətnamə qəbul edib. İllik əsasda təsdiq olunan sənədlər Fələstin xalqının öz müqəddəratını müəyyənləşdirməsi, həmçinin Yaxın Şərq nizamlanmasına kömək etməyi nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi