“Lenta.ru”-nun redaksiyasına hücum olub

“Lenta.ru”-nun redaksiyasına hücum olub Hadisə nəticəsində xəsarət alan olmayıb
Digər ölkələr
29 Sentyabr , 2017 07:34
“Lenta.ru”-nun redaksiyasına hücum olub

Bakı. 29 sentyabr. REPORT.AZ/ Rusiyanın “Lenta.ru” internet nəşri Varşavski şossesində yerləşən redaksiyasına hücum olduğunu açıqlayıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, naməlum şəxslər redaksiyanın yerləşdiyi binanın korpusunun şüşələrini sındırıb.

Cinayətkarlar habelə yanğın törədib və divarları nasist rəmzli ilə yazıblar.

Hücumun kimlər tərəfindən edildiyi hələlik məlum deyil. Hadisə nəticəsində xəsarət alan olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi