Lebedev: MDB ölkələrində erkən səsvermə zamanı saxtakarlıqların olması iddiaları yalandır

Lebedev: MDB ölkələrində erkən səsvermə zamanı saxtakarlıqların olması iddiaları yalandır MDB ölkələrində erkən səsvermənin seçki saxtakarlığına səbəb olması ilə bağlı iddialar yalandır.
Digər ölkələr
24 Fevral , 2024 16:31
Lebedev: MDB ölkələrində erkən səsvermə zamanı saxtakarlıqların olması iddiaları yalandır

MDB ölkələrində erkən səsvermənin seçki saxtakarlığına səbəb olması ilə bağlı iddialar yalandır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Belarus parlament seçkilərində müşahidəçilər missiyasına rəhbərlik edən MDB-nin Baş katibi Sergey Lebedev deyib.

“Qərbdə MDB məkanında erkən səsvermənin tətbiq edilməsi ilə bağlı tək belarusları deyil, digərlərini də tənqid edirlər. Hazırda Belarusda və Rusiyada qarşıdan gələn prezident seçkilərində erkən səsvermənin tətbiq ediləcəyi gözlənilir. İddialara görə, erkən səsvermə seçkiləri saxtalaşdırmaq üçün istifadə oluna bilər. Bu yalandır, qərəzli yanaşmadır. ABŞ-yə nəzər yetirsək, orada bir ay əvvəl erkən səsvermə tətbiq edilir”, - o bildirib.

S.Lebedev qeyd edib ki, Qərbdə ABŞ-nin seçki sistemi ilə bağlı heç bir söz demir, tənqid etmirlər.

Son xəbərlər

Orphus sistemi