Le Pen: "Makron uğursuz xəttini etiraf edə bilməyib"

Le Pen: "Makron uğursuz xəttini etiraf edə bilməyib" Bakı. 11 dekabr. REPORT.AZ/ Fransanın Milli Birlik Partiyasının lideri Marin Le Pen ölkə prezidenti Emmanuel Makronun xalq qarşısındakı çıxışını şərh edib.
Digər ölkələr
11 Dekabr , 2018 04:53
Le Pen: Makron uğursuz xəttini etiraf edə bilməyib

Bakı. 11 dekabr. REPORT.AZ/ Fransanın "Milli Birlik" Partiyasının lideri Marin Le Pen ölkə prezidenti Emmanuel Makronun xalq qarşısındakı çıxışını şərh edib.

"Report" xəbər verir ki, o, bununla bağlı fikirlərini "Twitter"də yazıb.

"Etirazlarla üzləşən Makron özünün vergi səhvlərindən imtina edir və bu yaxşıdır. Lakin o, (idarəetmə -red) modelinin mübahisə yaratmasını etiraf etməkdən imtina edir", - deyə o qeyd edib.

Le Penin sözlərinə görə, "bu model" altında artıq qloballaşma, qeyri-loyal rəqabəti, kütləvi immiqrasiya başa düşülməlidir.

Xatırladaq ki, "sarı jiletlilər"in etirazları fonunda xalqa müraciəti zamanı Makron Fransada fövqəladə sosial və iqtisadi vəziyyət elan edib.

Son xəbərlər

Orphus sistemi