Lavrovla Tillerson arasında görüş başa çatıb - YENİLƏNİB

Lavrovla Tillerson arasında görüş başa çatıb - YENİLƏNİB Xarici siyasət rəhbərlərinin görüşü 45 dəqiqə davam edib
Digər ölkələr
18 Sentyabr , 2017 07:06
Lavrovla Tillerson arasında görüş başa çatıb - YENİLƏNİB

Bakı. 18 sentyabr. REPORT.AZ/  Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Reks Tillerson arasında keçirilən danışıqlar başa çatıb.

"Report" RIA "Novosti"yə istinadən xəbər verir ki, hər iki ölkənin xarici siyasət rəhbərlərinin görüşü 45 dəqiqə davam edib. Tillerson Rusiyanın BMT yanındakı daimi nümayəndəliyi tərk edib.

Dövlət rəsmiləri Nyu-Yorka BMT Baş Assambleyasının 72-ci iclasında iştirak etmək üçün gəlib. Bundan əvvəl onlar Bonn, Hamburq, Moskva, Vaşınqton və Manilada görüşüblər.

Əsas müzakirə mövzuları Suriyadakı vəziyyətin de-eskalasiyası, Ukrayna böhranı və ölkəyə sülhməramlıların göndərilməsi, Şimali Koreyanın raket buraxılışı və ikitərəfli münasibətlər olub.


***03:45

ABŞ-ın dövlət katibi Reks Tillerson yaxın saatlarda Nyu-Yorkda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentindən bildirilib.

"Dövlət katibi Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşəcək", - deyə Dövlət Departamentinin xəbərində bildirilir.

Qeyd olunur ki, görüş yerli vaxtla saat 21:00-da başlayacaq.

Daha əvvəl Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov bildirib ki, BMT Baş Assambleyasının iclası çərçivəsində xarici işlər naziri Sergey Lavrovun ABŞ-ın dövlət katibi Reks Tillersonla görüşü planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi