Rusiya XİN başçısı: "Venesueladakı hadisələr başqa ölkənin daxili işlərinə kobud müdaxilədir"

Rusiya XİN başçısı: "Venesueladakı hadisələr başqa ölkənin daxili işlərinə kobud müdaxilədir" Bakı. 24 yanvar. REPORT.AZ/ Venesueladakı hadisələr başqa ölkənin daxili işlərinə növbəti kobud müdaxilədir.
Digər ölkələr
24 Yanvar , 2019 17:00
Rusiya XİN başçısı: Venesueladakı hadisələr başqa ölkənin daxili işlərinə kobud müdaxilədir

Bakı. 24 yanvar. REPORT.AZ/ "Venesueladakı hadisələr başqa ölkənin daxili işlərinə növbəti kobud müdaxilədir".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov əlcəzairli həmkarı Abdelkader Mesahel ilə görüşün yekununda deyib.

Onun sözlərinə görə, Nikolas Maduronun hakimiyyətdən uzaqlaşdırılmasına bir neçə dəfə cəhd olunub, o cümlədən onu fiziki cəhətdən aradan qaldırmağa çalışıblar.

Qeyd edək ki, Venesuela parlamentinin sədri və müxalifət lideri Xuan Quaydo çərşənbə günü Karakasda keçirilən mitinq zamanı dövlət başçısı vəzifəsini icra etdiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi