Yuxarı
    Bağlamaq

    Lavrov və Tillerson beynəlxalq gündəlikdə duran məsələləri müzakirə edib

    Müzakirələr telefon söhbəti zamanı baş tutub

    Bakı. 22 fevral. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın dövlət katibi Reks Tillerson ilə telefon söhbəti edib.

    "Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    "Dövlət katibi ABŞ rəhbərliyi adından Rusiyanın BMT yanında daimi nümayəndəsi V.İ.Çurkinin vəfatı ilə bağlı başsağlığı verib", - deyə məlumatda qeyd olunur.

    Həmçinin bildirilir ki, tərəflər beynəlxalq gündəliyin aktual məsələləri və ikitərəfli münasibətlər üzrə fikir mübadiləsi aparıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi