​Lavrov və Kerri Türkiyə-Suriya sərhədinin bağlanmasını müzakirə edib

​Lavrov və Kerri Türkiyə-Suriya sərhədinin bağlanmasını müzakirə edib Telefon söhbəti Amerika tərəfinin təşəbbüsü ilə baş tutub
Digər ölkələr
1 Aprel , 2016 21:08
​Lavrov və Kerri Türkiyə-Suriya sərhədinin bağlanmasını müzakirə edib

Bakı. 1 aprel. REPORT.AZ/ Cümə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın dövlət katibi Con Kerri ilə telefon söhbəti zamanı Türkiyə-Suriya sərhədinin bağlanması zəruriliyi haqqında məsələni müzakirəyə çıxarıb.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

O bildirib ki, bu məsələ tədbirlərin tezliklə razılaşdırılmasını tələb edir.

"Sergey Lavrov növbəti dəfə diqqəti Türkiyə-Suriya sərhədinin "yırtıq" olması və bizdə olan məlumatlara görə, yaraqlıların Türkiyədən Suriyaya keçirilməsi üçün fəal şəkildə istifadə olunmasına yönəldib. Ciddi şəkildə Türkiyə-Suriya sərhədinin bağlanmasının zəruri olduğunu və bunun eləcə də, BMT Təhlükəsizlik Şurası vasitəsi ilə zəruri tədbirlərin tezliklə razılaşdırılmasını tələb etməsi haqqında məsələ qoyduq", - deyə XİN-ın məlumatında bildirilir.

Nazirlikdən qeyd ediblər ki, Lavrov və Kerrinin telefon danışığı Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.

Son xəbərlər

Orphus sistemi