Sergey Lavrov və Con Kerri arasında 12 saatdan çox davam edən görüş başa çatıb

Sergey Lavrov və Con Kerri arasında 12 saatdan çox davam edən görüş başa çatıb Danışıqların əsas mövzusu Suriyada terrorçularla mübarizədə səylərin əlaqələndirilməsi olub
Digər ölkələr
27 Avqust , 2016 00:21
Sergey Lavrov və Con Kerri arasında 12 saatdan çox davam edən görüş başa çatıb

Bakı. 27 avqust. REPORT.AZ/ Rusiya və ABŞ-ın xarici siyasət idarələrinin rəhbərləri Sergey Lavrov və Con Kerri Cenevrədə fasilələrlə 12 saatdan artıq davam edən danışıqları başa çatdırıblar.

"Report" xəbər verir ki, görüşün əsas mövzusu Moskva və Vaşinqtonun Suriyada terrorçularla mübarizədə səylərini əlaqələndirməsi olub.

Yaxın dəqiqələrdə birgə mətbuat konfransı keçiriləcək və onlar görüşün nəticələri barədə ictimaiyyətə məlumat verəcəklər.

Son xəbərlər

Orphus sistemi