Lavrov: "Terrorçularla mübarizə beynəlxalq hüquq normaları əsasında aparılmalıdır"

Lavrov: "Terrorçularla mübarizə beynəlxalq hüquq normaları əsasında aparılmalıdır" "Suriya hökuməti terrorizmlə mübarizədə fəal müttəfiq kimi çıxış edir"
Digər ölkələr
21 Yanvar , 2015 14:50
Lavrov: Terrorçularla mübarizə beynəlxalq hüquq normaları əsasında aparılmalıdır

Bakı. 21 yanvar. REPORT.AZ/ "Terrorçularla mübarizə beynəlxalq hüquq normaları əsasında aparılmalıdır".

"Report" xəbər verir ki, bu barədə RF XİN rəhbəri Sergey Lavrov illik mətbuat konfransında İsrailin Suriya ərazilərini bombardman etməsini şərh edərkən bildirib. 

Onun sözlərinə görə, digər dövlətin ərazilərinin həmin dövlət və ya BMT Təhlükəsizlik Şurası ilə razılaşdırılmadan bombardman edilməsi, hətta terrorla mübarizə  bəhanəsilə olsa belə,  qanunsuzdur: "Suriya hökuməti terrorizmlə mübarizədə fəal müttəfiq kimi çıxış edir. Kimyəvi silahların məhv edilməsi prosesi nümayiş etdirdi ki, Suriya etibarlı tərəfdaş kimi öz öhdəliklərinə diqqətlə yanaşa  bilər".

Rusiya xarici işlər naziri mühüm regional məsələlərin həllində İranın da rolunu qeyd edib. 

Son xəbərlər

Orphus sistemi