Yuxarı

Lavrov: "Suriyada münaqişənin həlli üçün ilkin şərt olmamalıdır"

Əgər vəziyyətin 100 faiz yaxşılaşmasını gözləsək, o zaman heç nə əldə olunumayacaq

Bakı. 27 avqust. REPORT.AZ/ Suriyada münaqişənin siyasi yol ilə həlli üçün ilkin şərt olmamalıdır.

"Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.

"Siyasi proses bizim əsas məqsədimizdir. Ona yaxın düşmək üçün biz vəziyyətin sakitəşməsinə, humanitar yardımın əlçatan olmasına çalışacağıq. Lakin bizim son dərəcə əminliyimizə görə, burada hər hansı bir ilkin şərt olmamalıdır. Əgər vəziyyətin 100 faiz yaxşılaşmasını gözləsək və yalnız ondan sonra siyasi prosesə başlasaq, o zaman heç nə əldə olunmayacaq", - deyə Lavrov ABŞ-ın dövlət katibi ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi