Lavrov: Rusiyaya təzyiq göstərmək mənasızdır

Lavrov: Rusiyaya təzyiq göstərmək mənasızdır "Rusiya milli maraqlara toxunan mövzularda əsla geri addım atmayacaq"
Digər ölkələr
8 Fevral , 2015 01:51
Lavrov: Rusiyaya təzyiq göstərmək mənasızdır

Bakı. 8 fevral. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ Dövlət katibi Con Kerri ilə Münhendə keçirdiyi görüş zamanı bəyan edib ki, Qərb ölkələrinin Ukrayna hadisələri ilə bağlı Moskvaya təzyiq və sanksiya siyasəti heç bir nəticə verməyəcək.

"Report" TASS agentliyinə istinadla xəbər verir ki, Rusiya XİN nümayəndələri qapalı qapılar arxasında keçən Lavrov-Kerri görüşünün detallarını çox keçmədən ictimaiyyətə açıqlayıblar.

Məlumata əsasən, görüş əsnasında Lavrov Kerriyə deyib ki, Rusiya rəhbərləyi milli maraqlara toxunan mövzularda əsla geri addım atmayacaq.

"Mövqeyimiz dəyişməzdir. Ancaq ABŞ-la konstruktiv dialoqdan da imtina etmirik", deyən Rusiyalı nazir, həm Moskova həm də Vaşinqtonun qlobal təhlükəsizlik məsələlərinsə söz sahibi olduqlarını qeyd edib.

Son xəbərlər

Orphus sistemi