Bakı. 27 aprel. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, beynəlxalq müstəvidə rəsmi Moskvanın təcrid olunması üçün aparılan kampaniya heç bir nəticə verməyib.
"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Rusiyalı nazir bildirib ki, ölkəsinin əleyhinə aparılan siyasətə dəstək verən qüvvələr də artıq başa düşür ki, bu kimi səylər uğur gətirməyəcək.
"Bizi həqiqətə görə, soydaşlarımızın məhv olmasına imkan vermədiyimizə görə cəzalandırmaq istəyənlər dözümümüzün şahidi oldu. Bu da son dövrün ən böqük nailiyyətidir", deyə Lavrov qeyd edib.