Lavrov: "Qərbin Rusiyaya təzyiqi bir nəticə verməyəcək"

Lavrov: "Qərbin Rusiyaya təzyiqi bir nəticə verməyəcək" Rusiya Ukraynanın şərqindəki münaqişəyə son qoymaq üçün böyük sazişin imzalanmasının tərəfdarıdır
Digər ölkələr
21 Yanvar , 2015 13:13
Lavrov: Qərbin Rusiyaya təzyiqi bir nəticə verməyəcək

Bakı. 21 yanvar. REPORT.AZ/ "Rusiya Minsk razılaşmaları əsasında Ukraynanın şərqində baş verən münaqişəyə son qoymaq üçün böyük sazişin imzalanmasının tərəfdarıdır".

"Report" xəbər verir ki, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov illik mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, "bu gün dövlətin konstitusional özülləri müzakirə etmək üçün və ölkədə hər kəsin rahat yaşaması üçün ən mühüm məsələ münaqişənin bütün tərəfləri arasında dialoqun başlanmasıdır".

Nazir qeyd edib ki, bunun alternativinin olmadığını qərb də dərk edir. "Kiyev və DXR və LXR arasında birbaşa əlaqə yaradılmalıdır, xarici vasitəcilərin, o cümlədən ATƏT-in  fəaliyyəti isə münaqişənin həllinə kömək etməyə yönəlməlidir".

O, həmçinin əlavə edib ki, Ukraynanın şərqindəki vəziyyətin gərginləşməsində ölkəmizi ittiham edən Qərbin Rusiyaya qarşı təzyiqi bir nəticə verməyəcək.

Son xəbərlər

Orphus sistemi