Lavrov: “Qərb ATƏT-i təbliğat döyüşləri meydanına çevirib”

Lavrov: “Qərb ATƏT-i təbliğat döyüşləri meydanına çevirib” Qərb ATƏT-i təbliğat döyüşləri meydanına çevirib.
Digər ölkələr
29 Dekabr , 2022 07:37
Lavrov: “Qərb ATƏT-i təbliğat döyüşləri meydanına çevirib”

Qərb ATƏT-i təbliğat döyüşləri meydanına çevirib.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov bildirib.

Nazirin sözlərinə görə, Polşanın quruma sədrliyi təşkilatın işinin nəticələrini sıfıra endirib.

Rusiya XİN-in başçısı hesab edir ki, hazırda ATƏT-də işlər yaxşı getmir. O qeyd edib ki, təşkilat bərabərhüquqlu dialoq və əməkdaşlıq platforması kimi yaradılıb, lakin son illər “dərin böhran içərisindədir”.

Lavrovun fikrincə, Qərb ATƏT-i özünün kollektiv maraqlarını təşviq edən alət kimi qəbul edir və onu təbliğat döyüşləri meydanına çevirib.

Son xəbərlər

Orphus sistemi