Lavrov NATO və ABŞ-ı ittiham etdi

Lavrov NATO və ABŞ-ı ittiham etdi "Avropa Birliyi ilə Rusiya arasında strateji əməkdaşlıq sınaqdan çıxmadı"
Digər ölkələr
7 Fevral , 2015 19:15
Lavrov NATO və ABŞ-ı ittiham etdi

Bakı. 7 fevral. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov Münhendə keçirilən 51-ci Təhlükəsizlik konfransında NATO və ABŞ-ı Avropada, xüsusilə də, Ukraynada təhlükəsizliyi sarsıtmaqda ittiham edib.

"Report"un Azadlıq radiosuna istinadla verdiyi xəbərə görə, S.Lavrov bəyan edib ki, Avropa Birliyi ilə Rusiya arasında strateji əməkdaşlıq sınaqdan çıxmadı.

Onun sözlərinə görə, bu, ona görə baş verdi ki, AB Rusiya ilə münasibətlərdə “qarşıdurma yolu”na üstünlük verdi.

Rusiyalı nazir “Avropada təhlükəsizliyin təşkilində dərin və sistemli problemin” olduğunu bəyan edərək bildirib ki, bunu son bir ildəki hadisələr sübut edir. Lavrov söhbətin hansı hadisələrdən getdiyini dəqiq deməsə də, əlavə edib ki, hər bir mürəkkəb vəziyyətə görə Qərb Rusiyanı ittiham etməyə cəhd edir.

Ukraynanın şərqindəki vəziyyətin nizama salınması məsələsinə toxunan S.Lavrov ABŞ və Avropa Birliyini Donbasda konfliktin eskalasiyasında ittiham edərək söyləyib ki, münaqişəni hələ də sülh yolu ilə həll etmək olar.  

Son xəbərlər

Orphus sistemi