Lavrov: “Koreya yarımadasında nüvəsizləşməyə bir müzakirə ilə nail olmaq mümkün deyil”

Lavrov: “Koreya yarımadasında nüvəsizləşməyə bir müzakirə ilə nail olmaq mümkün deyil” Bakı. 31 may. REPORT.AZ/ “Koreya yarımadasında nüvə böhranı mərhələli həll edilməlidir”.
Digər ölkələr
31 May , 2018 09:52
Lavrov: “Koreya yarımadasında nüvəsizləşməyə bir müzakirə ilə nail olmaq mümkün deyil”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 31 may. REPORT.AZ/ “Koreya yarımadasında nüvə böhranı mərhələli həll edilməlidir”.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şimali Koreyanın XİN başçısı Li En Xo ilə Pxenyanda keçirdiyi görüşdən sonra bildirib.

“Sanksiyalar məsələsinə gəldikdə, tamamilə aydındır ki, Koreya yarımadasının nüvə probleminin həlli ilə bağlı bütün danışıqların başlanmasına baxmayaraq, bu qadağa qaldığından proses tamamlana bilməz”, - S.Lavrov vurğulayıb.

Onun sözlərinə görə, Koreya yarımadasında nüvəsizləşməyə bir müzakirə ilə nail olmaq mümkün deyil. 

Son xəbərlər

Orphus sistemi