Yuxarı

Lavrov Kerri ilə Suriyada vəziyyəti müzakirə edib

Suriya münaqişəsi ilə bağlı müzakirələrin ekspertlər səviyyəsində davam etdirilməsilə bağlı razılığa əldə olunub

Bakı. 11 fevral. REPORT.AZ/ Rusiya Xarici işlər naziri Sergey Lavrov ABŞ Dövlət katibi Con Kerri ilə Münxendə keçirdiyi görüş zamanı Suriyada atəşkəsin əldə olunması ilə bağlı fikir mübadiləsi aparıb. “Report” RİA "Novosti" agentlirinə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

O, bildirib ki, tərəflər humanitar yardımların Suriyaya çatdırılması mövzusunu da diqqət mərkəzində saxlayıblar.

Zaxarova qeyd edib ki, Kerri və Lavrov münaqişə ilə bağlı müzakirələrin ekspertlər səviyyəsində davam etdirilməsilə bağlı razılığa gəlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi