Yuxarı
    Bağlamaq

    Latviyanın yeni prezidenti seçilib

    Latviya parlamenti sabiq müdafiə nazirini ölkə prezidenti seçib

    Bakı. 3 İyun. REPORT.AZ/ Latviya parlamenti (Seymi) sabiq müdafiə naziri Raymonds Veyonisi ölkənin beşinci prezidenti seçib.

    "Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, dövlət başçısı postu uğrunda ümumilikdə dörd namizəd mübarizə aparıb. Qalibi müəyyən etmək üçün Seymdə beş raund gizli səsvermə keçirilib.

    Qələbə qazanmaq üçün 100 deputatdan ən azı 51-nin səsi tələb olunurdu. Sonda Veyonisun namizədliyini 100 deputatdan 55-i dəstəkləyib.

    R.Veyonis prezident vəzifəsində Seymin tribunasından söylədiyi ilk nitqində deyib: “Ölkənin gələcəyinə qürurla baxmağa əsas var. Elə işləyəcəyəm ki, hamımız birlikdə komanda olaq. Latviyaya xidmət etmək şərəfdir!”.

    İndiki dövlət başçısı Andris Berzinşin səlahiyyət müddəti iyulun 7-də bitir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi