​Latviyalı deputatları aparan avtobus Polşada qəzaya uğrayıb

​Latviyalı deputatları aparan avtobus Polşada qəzaya uğrayıb Yol qəzasında 5 nəfər xəsarət alıb
Digər ölkələr
16 Oktyabr , 2015 23:19
​Latviyalı deputatları aparan avtobus Polşada qəzaya uğrayıb

Bakı. 16 oktyabr. REPORT.AZ/ Latviyanın yerli idarəetmə orqanları deputatlarından ibarət nümayəndə heyətini aparan avtobus Polşada qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, yol qəzası zamanı 5 nəfər xəsarət alıb. İnsident Varşavanın 200 km-də baş verib. 12 nəfərin olduğu avtobus yoldan çıxaraq aşıb.

İlkin fərziyyəyə görə, qəzaya yolların buz bağlaması səbəb olub.

Son xəbərlər

Orphus sistemi