Latviyada vaksinasiyaya qarşı çıxan keçmiş MSK sədri koronavirusdan ölüb

Latviyada vaksinasiyaya qarşı çıxan keçmiş MSK sədri koronavirusdan ölüb Latviyada Mərkəzi Seçki Komissyasının keçmiş sədri, peyvənd olunmağa qarşı çıxan Arnis Cimdars yeni növ koronavirus (COVID-19) infeksiyası nəticəsində yaranan ağırlaşmalardan dünyasını dəyişib.
Digər ölkələr
21 Oktyabr , 2021 08:54
Latviyada vaksinasiyaya qarşı çıxan keçmiş MSK sədri koronavirusdan ölüb

Latviyada Mərkəzi Seçki Komissyasının keçmiş sədri, peyvənd olunmağa qarşı çıxan Arnis Cimdars yeni növ koronavirus (COVID-19) infeksiyası nəticəsində yaranan ağırlaşmalardan dünyasını dəyişib.

Bu barədə “Report” “LTV” kanalına istinadən xəbər verir.

MSK-nın keçmiş rəhbəri, 59 yaşlı Arnis “Latviya Birinci yerdə” partiyasının həmtəsisçisi idi və COVID-19-a qarşı məcburi peyvənd olunmağın əleyhinə idi.

Qeyd edək ki, Latviya hökuməti növbəti iclasında koronavirusun yayılmasının qarşısını almaq məqsədilə ölkədə sərt qapanmanın tətbiqi barədə qərar qəbul edib. Belə ki, oktyabrın 21-dən etibarən ölkədə tədris müəssisələri, əksər mağazalar, eləcə də iaşə obyektləri və digər xidmət məkanları öz fəaliyyətini dayandıracaq.

Son xəbərlər

Orphus sistemi