Latviyada latış dilini bilməyənlərə torpaq satmaq qadağan oluna bilər

Latviyada latış dilini bilməyənlərə torpaq satmaq qadağan oluna bilər Sənəd hazırda ölkə parlamentində nəzərdən keçirilir
Digər ölkələr
8 Mart , 2017 04:49
Latviyada latış dilini bilməyənlərə torpaq satmaq qadağan oluna bilər

Bakı. 8 mart. REPORT.AZ/ Latviyada ən pis halda "A" səviyyəsində latış dilini bilməyən şəxslərə torpaq satışına qadağa qoyula bilər.

"Report" xəbər verir ki, belə bir təklifi martın 7-də ölkə parlamentinin xalq təsərrüfatı üzrə komissiyası təsdiq edib.

Təşəbbüsə görə, yerli fermerlərin torpaq sahəsi əldə etməsi asan olacaq. Həmçinin Latviyada müvəqqəti yaşayan əcnəbilərə torpaq satışı qadağan oluna bilər. Söhbət Avropa İttiaqı, İsveçrə və Avropa iqtisadi zonası ölkələrinin vətəndaşlarından gedir.

Eyni zamanda ölkədə biznesi olan, lakin Latviyada yaşamayan və qeydiyyat haqqında şəhadətnamə almayan əcnəbilər də torpaq ala bilməyəcəklər.

Son xəbərlər

Orphus sistemi