Latviyada komendant saatı qüvvəyə minib

Latviyada komendant saatı qüvvəyə minib Latviyada koronavirusla əlaqədar komendant saatı qüvvəyə minib.
Digər ölkələr
22 Oktyabr , 2021 08:16
Latviyada komendant saatı qüvvəyə minib

Latviyada koronavirusla əlaqədar komendant saatı qüvvəyə minib.

"Report" xəbər verir ki, bu barədə Latviya Karantin İdarəetmə Şurasının qərarında deyilir.

Qərara əsasən, noyabrın 15-dək ölkə ərazisində komendant saatı tətbiq ediləcək. Hər gün axşam saat 20:00-dan səhər 5:00-ə qədər yalnız təcili səbəblərdən evdən çıxmağa icazə veriləcək.

Məhdudiyyət vaksinasiyadan asılı olmayaraq hamıya şamil edilir.

Ölkədə komendant saatının tələblərinə riayət olunmasını hüquq-mühafizə orqanlarının əməkdaşları izləyəcək.

Latviyada karantin dövründə qüvvədə olan məhdudiyyətlərə əməl etməyənləri 2 min avroya qədər cərimə gözləyir.

Son xəbərlər

Orphus sistemi