Latviya və İsveç arasındakı dənizaltı kabel xarici təsir nəticəsində zədələnib

Latviya və İsveç arasındakı dənizaltı kabel xarici təsir nəticəsində zədələnib Latviya və İsveç arasında sualtı fiber-optik kabel xarici təsir nəticəsində zədələnib.
Digər ölkələr
26 Yanvar , 2025 20:50
Latviya və İsveç arasındakı dənizaltı kabel xarici təsir nəticəsində zədələnib

Latviya və İsveç arasında sualtı fiber-optik kabel xarici təsir nəticəsində zədələnib.

“Report” xəbər verir ki, bu barədə “LSM” dövlət televiziya və radio portalı məlumat yayıb.

Qeyd olunub ki, mərkəzin məlumat ötürülməsinin monitorinq sistemi Ventspils-Gotland bölməsində fasilələri qeydə alıb.

“LVRTC”nin korporativ kommunikasiyalar departamentinin rəhbəri Vineta Spruqayn bildirib ki, hal-hazırda kabel əhəmiyyətli dərəcədə zədələnib və zərərin xarici təsirlərdən qaynaqlandığını düşünmək üçün əsaslar var.

“LVRTC” hadisə ilə bağlı Latviya Hərbi Dəniz Qüvvələrinə məlumat verib. Qeyd olunub ki, onlar da öz növbəsində insidentlə bağlı NATO müttəfiqləri, o cümlədən İsveçlə əlaqə saxlayıblar və daim məlumat mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi