Latviya Seyminə keçirilən seçkilərdə Baş nazirin partiyası qalib gəlib

Latviya Seyminə keçirilən seçkilərdə Baş nazirin partiyası qalib gəlib Latviyanın Baş naziri Krişyanis Karinşin “Yeni Birlik” partiyası ötən gün keçirilən növbəti parlament (birpalatalı Seym) seçkilərində qalib gəlib
Digər ölkələr
2 Oktyabr , 2022 10:00
Latviya Seyminə keçirilən seçkilərdə Baş nazirin partiyası qalib gəlib

Latviyanın Baş naziri Krişyanis Karinşin “Yeni Birlik” partiyası ötən gün keçirilən növbəti parlament (birpalatalı Seym) seçkilərində qalib gəlib.

“Report” xəbər verir ki, bu, ölkənin Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilən səsvermənin real vaxt rejimindəki ilkin nəticələrində əks olunub.

Məlumata görə, 1 055 məntəqədən 1 000-nin səsləri hesablandıqdan sonra sağ mərkəzçi bu siyasi qüvvə 18,84 % səs, 100 deputat mandatından isə 23-nü alır. Lakin bu uğur partiyanın təkbaşına hakim olmasına imkan vermir. Siyasi qüvvə çoxluq yaratmaq üçün koalisiyaya qoşulmalı olacaq. İkinci yerdə 12,75 faiz səs və 16 deputat mandatı ilə “Yaşıllar və Kəndlilər İttifaqı” partiyası, üçüncü yerdə “Hər şey Latviya naminə!” Milli Assosiasiyası qərarlaşıb (10,98 %, 13 yer). Demək olar ki, eyni nəticəni (9,29 %, 13 yer) “Birgə Siyahı – Latviya Yaşıllar Partiyası” siyasi bloku, “Latviya Regionlar Assosiasiyası”, Liepaya Partiyası əldə edib.

Səkkiz partiya və birliyin namizədləri böyük ehtimalla parlamentdə düşəcək. Seymə daxil olmaq üçün siyasi qüvvələr beş faizlik maneəni aşmalıdır.

Son xəbərlər

Orphus sistemi