Latviya Rusiya dövlət nömrə nişanlı avtomobillərə qadağa qoyub

Latviya Rusiya dövlət nömrə nişanlı avtomobillərə qadağa qoyub Latviya Seymi (parlamenti) yekun oxunuşda Rusiya avtomobillərinin müsadirə olunmaması üçün fevralın 14-dək yenidən qeydiyyatdan keçməli olduğu qanun layihəsini dəstəkləyib.
Digər ölkələr
3 Noyabr , 2023 02:43
Latviya Rusiya dövlət nömrə nişanlı avtomobillərə qadağa qoyub

Latviya Seymi (parlamenti) yekun oxunuşda Rusiya avtomobillərinin müsadirə olunmaması üçün fevralın 14-dək yenidən qeydiyyatdan keçməli olduğu qanun layihəsini dəstəkləyib.

“Report”un məlumatına görə, Seym Avropa İttifaqının sanksiyalarını həyata keçirmək və təhlükəsizlik risklərini azaltmaq üçün son oxunuşda yol hərəkəti qanununa düzəlişləri dəstəkləyib.

Belə ki, dəyişikliklər Rusiya avtomobillərinin müəyyən edilmiş müddətdə Latviyada qeydiyyata alınmadığı təqdirdə yolda hərəkətinə icazə vermir.

Vurğulanıb ki, avtomobil növbəti ilin fevral ayının 14-dən gec olmayaraq qeydiyyatdan keçirilməli və ya Latviyadan çıxarılmalıdır. Müddət bitdikdən sonra dövlət qeydiyyatı olmayan Rusiya avtomobili aşkar edilərsə, o, müsadirə olunaraq Ukraynaya təhvil veriləcək.

Tətbiq olunan qadağa avtomobil 24 saat ərzində Latviya ərazisindən tranzit keçdikdə, eləcə də diplomatlar tərəfindən istifadə edildikdə tətbiq edilməyəcək. Latviyada qeydiyyatda olmayan Rusiya avtomobilindən icazəsiz istifadəyə görə də cərimə tətbiq edilir.

Son xəbərlər

Orphus sistemi