Latviya rus dilinin istifadəsini məhdudlaşdırmağı planlaşdırır

Latviya rus dilinin istifadəsini məhdudlaşdırmağı planlaşdırır Latviyanın Ədliyyə Nazirliyi ikidilliliyi məhdudlaşdıran qanun üzərində işləyir.
Digər ölkələr
15 Avqust , 2022 00:42
Latviya rus dilinin istifadəsini məhdudlaşdırmağı planlaşdırır

Latviyanın Ədliyyə Nazirliyi ikidilliliyi məhdudlaşdıran qanun üzərində işləyir.

“Report” xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yanis Bordans bildirib.

Hazırlanmaqda olan qanun iş yerində və ictimai yerlərdə rus dilinin istifadəsinə məhdudiyyətləri əhatə edəcək.

O xatırladıb ki, 2012-ci ilin fevralında referendum keçirilib, əhalinin 74,8% rus dilinin ikinci dövlət dili olmasının əleyhinə səs verib və latış dilinin yeganə dövlət dili olması istəyini təsdiqləyib.

Onun sözlərinə görə, məhsulların satışı və ya xidmətlərin göstərilməsi zamanı dövlət dili ilə yanaşı, Avropa İttifaqı ölkələri xaric, digər ölkə dilinin istifadəsinə qadağa qoyulmalıdır.

Son xəbərlər

Orphus sistemi