Yuxarı

​Latviya prezidenti xəstəxanaya yerləşdirilib

Prezident Administrasiyası: Prezident bu həftə nəzərdə tutulan ictimai tədbirlərə qatılmağı planlaşdırmır

Bakı. 19 yanvar. REPORT.AZ/ Latviya prezidenti Raymond Veyonis xəstəxanaya yerləşdirilib.

"Report" xəbər verir ki, bu haqda Latviya KİV-i məlumat yayıb.

Məlumata görə, Prezident Administrasiyası Raymond Veyonisin xəstəxanaya yerləşdirilməsi faktını təsdiqləyib: "Prezident bu həftə nəzərdə tutulan ictimai tədbirlərə qatılmağı planlaşdırmır".

Qeyd edək ki, yanvarın 18-də R.Veyonisin Gürcüstan parlamentinin sədri David Usupaşvili ilə görüşü nəzərdə tutulmuşdu. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi