Yuxarı

​Latviya prezidenti ürəyindən cərrahiyyə əməliyyatı olunacaq

Hazırda Latviyanın dövlət başçısı əlavə müayinədən keçir

Bakı. 20 yanvar. REPORT.AZ/ Latviya prezidenti Raymond Veyonisi təcili olaraq, ürəyindən cərrahiyyə əməliyyatı ediləcək.

"Report" "Delfi" agenltiyinə istinadən xəbər verir ki, bu haqda Latviyanın Stradinya adına Kardiloloji Mərkəzinin təmsilçisi bildirib.

Məlumata görə, prezidentin ürəyinin klapanlarından biri virus infeksiyasına yoluxub: "İnfeksiyanın yayılmasını məhdudlaşdırmaq üçün ürəkdə cərrahiyyə əməliyyatı edilməsi qərara alınıb".

Hazırda Latviyanın dövlət başçısı əlavə müayinədən keçir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi