Yuxarı

Latviya prezidenti ürəyindəki cərrahiyyə əməliyyatından sonra əlil qala bilər

Dövlət Həkim Komissiyasının rəhbəri bildirib ki, belə əməliyyatlardan sonra insanlar normal fəaliyyət göstərə bilər

Bakı. 22 Yanvar. REPORT.AZ/ Latviya prezidenti Raymond Veyonis ürəyindəki cərrahiyyə əməliyyatından sonra əlil qala bilər.

"Report" "Delfi"yə istinadən xəbər verir ki, bu barədə sağlamlıq və əlillik üzrə Dövlət Həkim Komissiyasının rəhbəri Maris Andersons məlumat verib.

"Ürək klapanı protezlə əvəz edildikdə xəstələr adətən, əlil olur. Latviya prezidenti üçüncü qrup əlillik ala bilər. Bunun üçün o, özü sənədləri təqdim etməlidir. Heç kim onun iradəsi olmadan əlillik statusunu təyin edə bilməz", - M.Andersons bildirib.

Komissiya rəhbəri bildirib ki, belə əməliyyatlardan sonra insanlar normal fəaliyyət göstərə bilər.

Xatırladaq ki, Latviya prezidenti Raymond Veyonis çərşənbə günü ürək əməliyyatına məruz qalıb. Əməliyyat siyasətçinin ürək klapanında yoluxucu xəstəlik diaqnozu qoyulduqdan sonra edilib. Həkimlər əməliyyatın uğurlu olduğunu deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi