Latviya prezidenti reanimasiyadan palataya köçürülüb

Latviya prezidenti reanimasiyadan palataya köçürülüb Raymonds Veyonisin sağlıq vəziyyəti yaxşılaşır
Digər ölkələr
5 Fevral , 2016 16:04
Latviya prezidenti reanimasiyadan palataya köçürülüb

Bakı. 5 fevral. REPORT.AZ/ Latviya prezidenti Raymonds Veyonisin sağlıq vəziyyəti yaxşılaşır.

"Report" Latviya prezidentinin saytına istinadən xəbər verir ki, dövlət başçısı artıq reanimasiya şöbəsini tərk edib və müalicəsini ürək-damar cərrahiyyə şöbəsində davam etdirəcək.

Xatırladaq ki, yanvarın ortalarında R.Veyonisin vəziyyəti ağırlaşmış, o, ürəyindən əməliyyat olunmuşdu. Onun ürəyində klapanlara təsir edən septik infeksiya aşkarlanmışdı.

Son xəbərlər

Orphus sistemi