Latviya Prezidenti: "Aİ-dəki siyasi çətinliklər ABŞ-nin Ukraynaya dəstəyinə mane olur”

Latviya Prezidenti: "Aİ-dəki siyasi çətinliklər ABŞ-nin Ukraynaya dəstəyinə mane olur” “Avopa İttifaqındakı (Aİ) siyasi çətinliklər ABŞ-ın Ukraynaya dəstəyinə mane olur”.
Digər ölkələr
17 Noyabr , 2023 13:40
Latviya Prezidenti: Aİ-dəki siyasi çətinliklər ABŞ-nin Ukraynaya dəstəyinə mane olur”

“Avopa İttifaqındakı (Aİ) siyasi çətinliklər ABŞ-nin Ukraynaya dəstəyinə mane olur”.

“Report” xəbər verir ki, bunu Latviya Prezidenti Edqars Rinkeviçs ABŞ-nin “Politico” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, Aİ-dəki çətinliklərin ABŞ-ə problem yarada biləcəyindən narahatdır: “Bu isə Ukraynadakı duruma təsir edir. Halbuki biz bütün səylərimizi birləşdirsək Ukraynaya ABŞ-dən daha çox dəstək verərik”.

Dövlət başçısı qeyd edib ki, Aİ-nin Ukraynaya vəd etdiyi silah-sursatı təmin etməyə imkanı yoxdursa, onu başqa yerlərdən alıb Ukraynaya verməlidir: “Kiyevə lazımi dəstəyin verilməsi şərtdir. Silah tədarükü artırılmalıdır. Hamımız başa düşürük ki, Ukraynadakı müharibə il yarım əvvəl proqnozlaşdırılandan daha uzun sürəcək. Ona görə də potensialımızı artırmalıyıq”.

Xatırladaq ki, noyabrın 14-də Almaniyanın müdafiə naziri Boris Pistorius Aİ-nin Ukraynaya 1 milyon mərmi vermək məqsədinə nail olmayacağını bildirmişdi.

Son xəbərlər

Orphus sistemi