​Latviya İŞİD-ə qarşı müharibəyə başlamağa hazırdır

​Latviya İŞİD-ə qarşı müharibəyə başlamağa hazırdır Ölkənin Müdafiə Nazirliyi məsələni nəzərdən keçirir
Digər ölkələr
1 Noyabr , 2015 23:07
​Latviya İŞİD-ə qarşı müharibəyə başlamağa hazırdır

Bakı. 1 noyabr. REPORT.AZ/ Latviyanın hərbi rəhbərliyi "İraq-Şam İslam Dövləti" terror qruplaşması (İŞİD) ilə mübarizədə anti-terror koalisiyasına dəstək vermək üçün əsgər göndərmək mümkünlüyünü nəzərdən keçirir.

"Report" xəbər verir ki, bu barədə bazar günü ölkənin Müdafiə Nazirliyinin Hərbi-İctimai Münasibətlər Departamentinin direktoru Kaspar Qalkinin bəyanatına istinadən LETA agentliyi məlumat yayıb.

"Müdafiə Nazirliyi Latviya əsgərlərinin İŞİD terror qruplaşması ilə mübarizəyə göndərmək mümkünlüyünü nəzərdən keçirir", — deyə o bildirib.

Qalkinin sözlərinə görə, istənilən halda Latviya öz əsgərlərini İŞİD terrorçularına qarşı hərbi əməliyyatlara göndərməyəcək. Nazirlik sözçüsü bildirib ki, Latviya əsgərləri İraqda hazırda Əfqanıstanda olduğu kimi yerli qoşun bölmələrinə terrorçularla mübarizədə kömək edə bilərlər.

"İstənilən halda Latviyanın bu əməliyyatlarda iştirakı barədə qərarı siyasətçilər qəbul edəcək", — deyə Qalkin əlavə edib.

Son xəbərlər

Orphus sistemi