Latviya Dəmir Yollarının rəhbəri rüşvət ittihamı ilə həbs edilib

Latviya Dəmir Yollarının rəhbəri rüşvət ittihamı ilə həbs edilib Uqis Maqonis 500 min avro məbləğində rüşvət almaqda ittiham olunur
Digər ölkələr
8 Avqust , 2015 19:59
Latviya Dəmir Yollarının rəhbəri rüşvət ittihamı ilə həbs edilib

Bakı. 8 avqust. REPORT.AZ/ "Latviya Dəmir Yolları" (LDz) şirkətinin rəhbəri Uqis Maqonis məhkəmə qərarı ilə həbs edilib.

"Report"un RBK agentliyinə istinadən verdiyi məlumata görə, Maqonis 500 min avro məbləğində rüşvət almaqda ittiham olunur.

Riqa Şəhər Məhkəməsinin qərarında qeyd edilir ki, U.Maqonis "Skinest" şirkətindən 4 ədəd istifadə olunmuş lokomotivin alınmasına dair müqavilə qarşılığında rüşvət alıb.

Son xəbərlər

Orphus sistemi