Latviya Belarusla sərhəddə gücləndirilmiş təhlükəsizlik rejimi tətbiq edib

Latviya Belarusla sərhəddə gücləndirilmiş təhlükəsizlik rejimi tətbiq edib Latviyanın Nazirlər Kabineti Belarus-Latviya sərhədində gücləndirilmiş təhlükəsizlik rejiminin tətbiqi barədə qərar qəbul edib.
Digər ölkələr
8 avqust 2023 23:56
Latviya Belarusla sərhəddə gücləndirilmiş təhlükəsizlik rejimi tətbiq edib

Latviyanın Nazirlər Kabineti Belarus-Latviya sərhədində gücləndirilmiş təhlükəsizlik rejiminin tətbiqi barədə qərar qəbul edib.

"Report" xəbər verir ki, bu barədə Delfi informasiya portalı məlumat yayıb.

Məlumata görə, 2023-cü il avqustun 11-dən 2024-cü il fevralın 10-dək Ludza, Kraslava, Auqşdauqava vilayətlərinin və Dauqavpils inzibati ərazilərində sərhəd mühafizə rejimi gücləndiriləcək.

Bu tədbiri ölkənin Daxili İşlər Nazirliyi təklif edib. Bildirilir ki, Latviya-Belarus dövlət sərhədindən qeyri-qanuni keçməyə cəhdlər belə bir rejimin tətbiqini zəruri edib.

Bundan əlavə, Latviya Daxili İşlər Nazirliyinin rəhbəri Maris Kuçinskis Belarus ərazisində “Vaqner” özəl hərbi şirkətinə (ÖHŞ) məxsus qırıcıların olmasını xatırladıb.

Nazirin sözlərinə görə, ÖHŞ-lər tərəfindən hər hansı təxribat əlamətləri yoxdur, lakin belə bir ehtimalı da istisna etmək olmaz.

Son xəbərlər

Orphus sistemi