Bakı. 1 yanvar. REPORT.AZ/ Bu gündən Latviya Avropa İttifaqı Şurasında sədrlik etməyə başlayır.
"Report" xəbər verir ki, Aİ-də sədrlik Latviyaya İtaliyadan keçib. Bu dövrdə Aİ Şurasında ölkənin baş naziri Laymdot Strayuma olacaq.
Sədrliyin əsas prioritetləri qismində Latviya Avropanın rəqabət qabiliyyətini, rəqəmsal xidmət sistemlərinin yaradılması və Avropanın dünyada nümayəndəliyinin artırılmasını qeyd edib.
Sədrliyi çərçivəsində Latviya bir sıra tədbirlər keçirəcək. Onlardan biri yanvar ayında baş tutacaq, həmin görüşdə Aİ və Şərqi Tərəfdaşlıq proqramının üzv ölkələrinin ədliyyə və daxili işlər nazirləri iştirak edəcək. Bundan başqa, mayın 21-22-də Riqada Şərqi Tərəfdaşlıq Sammiti keçiriləcək.
İyul ayında Litva Aİ-də sədrliyi Lüksemburqa təhvil verəcək.