Latın Amerikasında son 20 ilin ən yüksək yoxsulluq həddi qeydə alınıb

Latın Amerikasında son 20 ilin ən yüksək yoxsulluq həddi qeydə alınıb Bu barədə Birləşmiş Millətlər Latın Amerikası və Karibean Hövzəsi İqtisadi Komissiyasının (ECLA) hesabatında bildirilir
Digər ölkələr
25 May , 2021 13:10
Latın Amerikasında son 20 ilin ən yüksək yoxsulluq həddi qeydə alınıb

Ötən ildə Latın Amerikasında son 20 ilin ən yüksək yoxsulluq səviyyəsi qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Latın Amerikası və Karibean Hövzəsi İqtisadi Komissiyasının (ECLA) hesabatında bildirilir. Belə ki, həmin regionda yoxsulluq həddindən aşağı yaşayan 78 milyon sakin olub ki, bu da əhalinin 12,5 faizi deməkdir. Bunun başlıca səbəbi kimi koronavirus pandemiyası göstərilir.

1999-cu ildə region əhalisinin 12,8 faizi yoxsulluq həddindən aşağı yaşamışdı.

Son xəbərlər

Orphus sistemi