Las-Veqasdakı atışmada xəsarət alan şəxs hotelə qarşı iddia qaldırıb

Las-Veqasdakı atışmada xəsarət alan şəxs hotelə qarşı iddia qaldırıb Amerikalı qadın hotelin sahibi olan şirkəti laqeyd münasibətdə günahlandırır
Digər ölkələr
12 Oktyabr , 2017 17:44
Las-Veqasdakı atışmada xəsarət alan şəxs hotelə qarşı iddia qaldırıb
Reuters

Bakı. 12 oktyabr. REPORT.AZ/ ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində keçirilən musiqi festivalında baş verən atışmada xəsarət alan Peyc Qasper hadisəni törədən şəxsin atəş açdığı hotelə qarşı iddia qaldırıb. 

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Xatırladaq ki, oktyabrın 1-də Stiven Peddok Las-Veqasdakı konsert zamanı hotelin 32-ci mərtəbəsindəki nömrəsinin eyvanından kütləyə tərəf atəş açaraq 58 nəfəri öldürüb, 500-ə yaxın insanı isə yaralayıb, sonra isə intihar edib.

Amerikalı qadın hotelin sahibi olan şirkəti laqeyd münasibətdə və bunun nəticəsində faciənin qarşısını almağın mümkün olmamasında günahlandırır. P.Qasper otel işçilərinin daimi sakinin nömrəyə odlu silah aparmasını, dəhlizdə videonəzarət qurmasını və atışlardan əvvəl pəncərəni sındırmasını görməməsindən qəzəblənib.

Xanım həmçinin konsertin təşkilatçılarına və cinayətkarın istifadə etdiyi yüksək sürətli atış silahları istehsalçılarına qarşı da iddia qaldırıb. Festival administrasiyası fövqəladə hallar zamanı evakuasiya olunmaq üçün yollar təmin etməməkdə, əməkdaşları isə insanları qısa zamanda hadisə yerindən uzaqlaşdırmaq baxımından lazımi hazırlığı keçməməkdə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi