Las Veqasda yol qəzasında xəsarət alanların sayı 37-yə çatıb, 1 nəfər ölüb

Las Veqasda yol qəzasında xəsarət alanların sayı 37-yə çatıb, 1 nəfər ölüb Xəsarət alanlardan bir neçəsi kritik vəziyyətdədir
Digər ölkələr
21 Dekabr , 2015 11:09
Las Veqasda yol qəzasında xəsarət alanların sayı 37-yə çatıb, 1 nəfər ölüb

Bakı. 21 dekabr. REPORT.AZ/ ABŞ-da Las Veqas ştatında baş verən qəza nəticəsində xəsarət alanların sayı 37-yə çatıb, 1 nəfər ölüb.

"Report" "Ria Novosti"yə istinadən xəbər verir ki, avtomobilin piyadaları vurması nəticəsində baş verən qəzada xəsarət alanlardan bir neçəsi kritik vəziyyətdədir. Yerli polisin məlumatına görə, avtomobilin sürücüsü nəzarət altında saxlanılır.

Qeyd edək ki, hadisə bazar günü "Dünya gözəli 2015" yarışmasının keçirildiyi "Planet Hollywood" hotel-kazinosunun yaxınlığında baş verib.

Son xəbərlər

Orphus sistemi