Las-Veqasda kütləvi qırğın törədən şəxsin otel otağından 23 ədəd silah tapılıb

Las-Veqasda kütləvi qırğın törədən şəxsin otel otağından 23 ədəd silah tapılıb Daha 19 ədəd silah isə onun evinə baxış zamanı aşkar edilib
Digər ölkələr
3 Oktyabr , 2017 07:50
Las-Veqasda kütləvi qırğın törədən şəxsin otel otağından 23 ədəd silah tapılıb

Bakı. 3 oktyabr. REPORT.AZ/ ABŞ polisi Las-Veqasda musiqi festivalı zamanı kütləvi qırğın törədən Stiven Peddokun qaldığı otel otağından 23 ədəd silah aşkar edib. Daha 19 ədəd silah isə onun Nyu-Meksiko ştatındakı evindən tapılıb.

"Report" xəbər verir ki, bu barədə polis nümayəndəsi məlumat verib.

O qeyd edib ki, istintaqın fərziyyəsinə görə, Peddok tək fəaliyyət göstərib.

Oktyabrın 2-də törədilən silahlı insident zamanı 59 nəfər ölüb, 527 nəfər isə yaralanıb. Hadisəni törədən şəxs polis gələnə qədər özünü öldürüb.

Son xəbərlər

Orphus sistemi