Las-Veqasda kazino yaxınlığında atəş açan şəxslərdən biri zərərsizləşdirilib

Las-Veqasda kazino yaxınlığında atəş açan şəxslərdən biri zərərsizləşdirilib Polisin xüsusi əməliyyatı davam edir
Digər ölkələr
2 Oktyabr , 2017 11:28
Las-Veqasda kazino yaxınlığında atəş açan şəxslərdən biri zərərsizləşdirilib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Las-Veqasda kazino yaxınlığında atəş açanlardan biri zərərsizləşdirilib.

"Report" xəbər verir ki, bu barədə yerli polisdən bildirilib.

Eyni zamanda, atəş açanların sayını hələ müəyyən etmədiyindən Las-Veqasdakı "Mandalay Bay Casino" kazinosunun yaxınlığında xüsusi əməliyyat davam etdirilir.

Atəş "Mandalay Bay Hotel" mehmanxana kompleksinin 32-ci mərtəbəsindən yaxınlıqda keçirilən kantri-musiqi festivalına toplaşanlara doğru açılıb.

İlkin məlumatlara görə, silahlı insident nəticəsində az iki nəfər ölüb, daha 24 nəfər yaralanıb.

Bəzi KİV mehmanxana binasının yaxınlığında park edilmiş qara "Audi"də partlayıcı qurğunun ola biləcəyini xəbər verib. Amma polis hələ bu məlumatı təsdiqləməyib.

İnsidentlə əlaqədar Las-Veqasdakı Mak-Karran aeroportu fəaliyyətini dayandırıb.

Son xəbərlər

Orphus sistemi