Yuxarı

Laosda avtobusda partlayış baş verib, 9 vyetnamlı ölüb

Partlayış Laos dövlət nişanlı avtobusda olub

Bakı. 2 iyun. REPORT.AZ/ Laosda avtobusda baş verən partlayış nəticəsində Vyetnamın 9 vətəndaşı ölüb, 3-ü yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, vyetnamlılar qonşu Laosa gəzməyə gəliblər. 

Məlumata görə, partlayış iki ölkənin sərhədindəki Laosun Çalo keçid məntəqəsində baş verib.

Hüquq-mühafizə orqanları partlayışın səbəblərini araşdırır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi