Aprelin 23-də yaradılan “Laçın” sərhəd nəzarət məntəqəsi həftənin 7 günü və 24 saat tam rejimdə fəaliyyət göstərir ki, bu da sərhəd-keçid rejimini xeyli sadələşdirir.
"Report" xəbər verir ki, bunu "Caliber.az"ın əldə etdiyi yeni video kadrlarda görmək olar.
Belə ki, “Laçın” sərhəd-buraxılış məntəqəsindən erməni əsilli şəxslər heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə edə bilirlər. Onların nəzarət-buraxılış məntəqəsindən rahat keçidi üçün hər bir şərait yaradılıb.
Yoxlama proseduru qarşılıqlı anlaşma şəraitində aparılır.