La-Manş boğazında beş britaniyalı naməlum şəraitdə ölüb

La-Manş boğazında beş britaniyalı naməlum şəraitdə ölüb Xilasedicilər əhalidən sudan kənar durmağı xahiş edirlər
Digər ölkələr
25 Avqust , 2016 05:45
La-Manş boğazında beş britaniyalı naməlum şəraitdə ölüb

Bakı. 25 avqust. REPORT.AZ/ Şərqi Susseks qraflığında, La-Manş sularında çimərkən beş britaniyalı naməlum şəraitdə həlak olub.

"Report" xəbər verir ki, bu barədə Krallıq Milli Xilasetmə Təşkilatına istinadən "Sky News" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, xilasedicilər çərşənbə günü sudan üç kişi çıxardıblar, onların həyatını xilas etmək mümkün olmayıb. Sonradan Kamber Sands çimərliyinin sularında daha iki nəfərin meyiti tapılıb.

Versiyalardan birinə görə, kişilər meduzaların dişləməsi nəticəsində ölə bilərlər. Lakin bu az ehtimal olunur, çünki yerli meduzalar "gicitkəndən bərk dişləmirlər".

Digər versiyaya görə, buna güclü qabarma-boşalma və ya əks cərəyanlar səbəb ola bilər. Bu, bir neçə dəqiqədə insanı dənizin dərinliyinə apara bilər.

Polis və xilasedicilər insanları sudan uzaq durmağa çağırıblar.

Yüzlərlə britaniyalı isti havalardan xilas olmaq üçün dəniz və La-Manş boğazına üz tuturlar.

Son xəbərlər

Orphus sistemi