La-Manş boğazı ilə Britaniyaya gedən miqrantların sayı 60 faiz artıb

La-Manş boğazı ilə Britaniyaya gedən miqrantların sayı 60 faiz artıb 2022-ci ildə La-Manş boğazı ilə qanunsuz olaraq Böyük Britaniyaya 45,7 min miqrant gedib ki, bu da keçən illə müqayisədə 60% çoxdur.
Digər ölkələr
1 Yanvar , 2023 18:50
La-Manş boğazı ilə Britaniyaya gedən miqrantların sayı 60 faiz artıb

2022-ci ildə La-Manş boğazı ilə qanunsuz olaraq Böyük Britaniyaya 45,7 min miqrant gedib ki, bu da keçən illə müqayisədə 60% çoxdur.

“Report” xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Rəsmi statistikaya görə, hakim Mühafizəkarlar Partiyasının qeyri-qanuni immiqrasiya ilə mübarizə aparacağına dair vədlərinə baxmayaraq, son 4 ildə La-Manş boğazını qanunsuz keçən mühacirlərin sayı artmaqdadır.

Belə ki, 2018-ci ildə 299 belə hal qeydə alınıbsa, 2021-ci ildə onların sayı artıq 28,5 min nəfər olub.

Son xəbərlər

Orphus sistemi