Yuxarı

La Manş altında qatarların hərəkəti dayanıb

Buna səbəb tuneldə tüstülənmənin baş verməsi olub

BAKI. 17 yanvar. REPORT.AZ/ Fransa ilə Böyük Britaniyanı birləşdirən və La Manş boğazının altından keçən tuneldə yanvarın 17-də Eurostar qatarlarlının hərəkəti dayandırılıb.

"Report" xəbər verir ki, buna səbəb tuneldə tüstülənmənin baş verməsi olub. Qataraların hərəkətinə mane olan tüstü tunelin Fransa hissəsində yük maşınının yanması nəticəsində əmələ gəlib.

Qeyd edək ki, sözü gedən tuneldə qatarlarla yanaşı, yük maşınları da hərəkət edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi