KXDR və Cənubi Koreya liderləri ağac əkiblər

KXDR və Cənubi Koreya liderləri ağac əkiblər Bakı. 27 aprel. REPORT.AZ/ KXDR lideri Kim Çen İn və Cənubi Koreya prezidenti Mun Çje İn sərhədyanı Pxanmuncom kəndində 1953-cü ildə Koreya yarımadasında üçillik müharibənin başa çatmasının rəmzi olaraq əkilən şam ağacını yenidən əkiblər.
Digər ölkələr
27 Aprel , 2018 13:04
KXDR və Cənubi Koreya liderləri ağac əkiblər
AFP

Bakı. 27 aprel. REPORT.AZ/ KXDR lideri Kim Çen İn və Cənubi Koreya prezidenti Mun Çje İn sərhədyanı Pxanmuncom kəndində 1953-cü ildə Koreya yarımadasında üçillik müharibənin başa çatmasının rəmzi olaraq əkilən şam ağacını yenidən əkiblər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Mun Çje İn ağacı Pxenyanda axan Tedonqan çayının, Kim Çen İn isə Seulda axan Hanqan çayının suyu ilə sulayıb.

"Ümid edirəm ki, şam ağacının əkilməsi ilə əlaqələrimiz də inkişaf edəcək", - Kim Çen İn bildirib.

Ardından iki ölkə lideri şam ağacının yanında olan və üzərində "Sülh və tərəqqi ağacı əkdik" yazılmış xatirə daşınının örtüyünü götürüblər.

Son xəbərlər

Orphus sistemi