KXDR və Cənubi Koreya düşmənçilik fəaliyyətlərini dayandırdıqlarını açıqlayıblar - VİDEO - YENİLƏNİB-3

KXDR və Cənubi Koreya düşmənçilik fəaliyyətlərini dayandırdıqlarını açıqlayıblar - VİDEO - YENİLƏNİB-3 Kim Çen İn və Mun Çje İn görüşün yekununa dair birgə bəyanat imzalayıblar
Digər ölkələr
27 Aprel , 2018 13:12
KXDR və Cənubi Koreya düşmənçilik fəaliyyətlərini dayandırdıqlarını açıqlayıblar - VİDEO - YENİLƏNİB-3
Korea Summit Press Pool

Bakı. 27 aprel. REPORT.AZ/ KXDR və Cənubi Koreya bir-birinə qarşı istənilən düşmənçilik fəaliyyətini dayandırdıqlarını açıqlayıblar. 

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə Kim Çen İn və Mun Çje İnin görüşün yekununa dair imzaladıqları birgə bəyanatda vurğulanıb. 

Tərəflər həmçinin Koreya yarımadasının tamamilə nüvəsizləşdirilməsi və danışıqların davam etdirilməsi barədə də razılığa gəliblər.


*** 10:30

Şimali və Cənubi Koreya liderləri Kim Çen İn və Mun Çje İn keçirdikləri görüş zamanı Koreya yarımadasının nüvə silahından təmizlənməsi, sülhün bərqərar olunması və ölkələr arasında münasibətlərin yaxşılaşdırılması məsələlərinə toxunublar.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Seul Administrasiyasının rəsmi nümayəndəsi bildirib.

"Hər iki lider bu danışıqlarda Koreya yarımadasının nüvə silahından təmizlənməsi, davamlı sülhün yaradılması məsələləri və Cənub ilə Şimal arasında əlaqələrin inkişafının istiqamətləri ətrafında səmimi dialoq qurdu", - mənbə bildirib.


***08:30

Cənubi Koreya və KXDR prezidentləri Mun Çje İn və Kim Çen In arasında sərhəddə yerləşən Pxanmuncom kəndində aparılan danışıqların birinci mərhələsi başa çatıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, Şimali Koreya lideri və rəhbərlik etdiyi nümayəndə heyəti öz maşınları ilə nahar fasiləsi üçün Pxanmuncom hərbi demarkasiya xəttini keçərək şimala qayıdıb.

Onun avtomobilini qaçan mühafizəçilər müşayiət edib.

KXDR və Cənubi Koreya liderləri Pxanmuncomda görüş zamanı bir-birinin əlini sıxıblar.


***04:53

Bakı. 27 aprel. REPORT.AZ/ KXDR və Cənubi Koreya liderləri Kim Çen In və Mun Çje İn hərbi demarkasiya sərhədində bir-biri ilə salamlaşıblar və əl sıxıblar.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, tərəflər məntəqənin demilitarizasiya zonasının cənub hissəsində Cənub və Şimal arasında münasibətlərin yaxşılaşdırılması, sülh və birləşmə perspektivləri barədə danışıqlar aparacaq.

Son xəbərlər

Orphus sistemi